Bank Of Baku

Belçika kralı öz saxlanma xərclərini azaldır

Belçika kralı öz saxlanma xərclərini azaldır
# 10 yanvar 2012 07:13 (UTC +04:00)
Bakı - APA-Economics. Belçika kralı II Albert 2012-2013-cü illərdə kral ailəsi üzvlərinin saxlanma xərclərini azaltmağı təklif edib. “APA-Economics”in “Agence France-Presse”yə istinadən xəbərinə görə, bu barədə kral sarayı açıqlama yayıb.

Qeyd edək ki, 2010-cu ilin parlament seçkilərində qalib gəlmiş millətçi “Yeni flamand alyansı” partiyası bütün ölkənin qənaət etməyə başladığı bir vaxtda kral ailəsinin xərclərini azaltmamasını tənqid edib. Bundan sonra kral açıqlama verərək, hökumətin təyin etdiyi qənaət tədbirlərinə könüllü şəkildə əməl edəcəyini bildirib.

Belçikada kral hakimiyyəti təmsilçi xarakter daşıyır, real hakimiyyət baş nazirin əlində cəmləşib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR