Bank Of Baku

İranda bank oğurluğu ilə bağlı nazir müavini həbs edilib

İranda bank oğurluğu ilə bağlı nazir müavini həbs edilib
# 10 yanvar 2012 07:24 (UTC +04:00)
APA-nın İSNA xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İranın baş prokuroru Qulamhüseyn Möhsüni Ejei jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, nazir müavininin həbsi ilə bağlı əlavə məlumat verə bilməz: “Çünki ona qarşı irəli sürülən ittihamlar hələ müəyyənləşməyib. Odur ki, bu həbslə bağlı başqa bir söz deyə bilmərəm. Amma ittihamlar dəqiqləşəndən və məlum olandan sonra bu barədə mediaya məlumat verəcəyik”.

Qeyd edək ki, adı açıqlanmayan nazir müavininin bank oğurluğunda təqsirləndirilən “Əmir Mənsur Ariya” şirkəti ilə əlaqəsinin olduğu xəbəri də yayılıb. Baş verən oğurluq nəticəsində ümumilikdə İranın hökumət bankları sayılan “Saderat” bankından, İran Milli Bankından və daha bir neçə bankdan 2 mlrd. 800 mln. ABŞ dolları mənimsənilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR