Bank Of Baku

Azərbaycanda əmanətçilər milli valyutaya üstünlük verir

Azərbaycanda əmanətçilər milli valyutaya üstünlük verir
# 10 yanvar 2012 11:22 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında 2011-ci il dekabrın 1-nə yerləşdirilmiş əmanətlərin 1,970 mlrd. manatı və ya 51,4%-i manat əmanətlərinin payına düşür. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, manat əmanətlərinin həcmi son bir ildə 52% artıb ki, bu da ümumi əmanətlərin (3,830 mlrd. manat) artım tempindən 18,5 faiz bəndi çoxdur.

Nəticədə, 2010-cu ilin dekabrın 1-nə nisbətən manat əmanətlərinin xüsusi çəkisi 6,2 faiz bəndi artıb. Qeyd edək ki, 2010-cu ilin əvvəlinə manat əmanətlərinin xüsusi çəkisi 41,4%-ə, 2011-ci ilin əvvəlinə 46,5%-ə bərabər olub.

Beləliklə, əmanətlərin strukturunda manatın payı artıq yarıdan çoxdur. Bu fakt əhalinin yığım əməliyyatlarında manata üstünlük verdiyini göstərir ki, bu da son zamanlar tendensiya xarakteri alıb. Bunun əsas səbəbi kimi manatın tam sabitliyi və ölkənin iri həcmdə olan strateji ehtiyatları və hökumətin makroiqtisadi siyasətinin dəyişməyəcəyi barədə bəyanatlara əsaslanan bu sabitliyin davam etməsinə dair əminliyi qeyd etmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR