Bank Of Baku

Azərbaycanda kreditləri ən yaxşı Naxçıvanda, ən pis Qarabağda qaytarırlar

Azərbaycanda kreditləri ən yaxşı Naxçıvanda, ən pis Qarabağda qaytarırlar
# 10 yanvar 2012 11:51 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan paytaxtında alınmış kreditlər üzrə ödənişlər bölgələrə nisbətən daha səliqəli şəkildə aparılır. Azərbaycan Mərkəzi Bankından (AMB) «APA-Economics»ə verilən məlumata görə, 2011-ci ilin dekabrın 1-ə ölkə üzrə problemli kreditlərin həcmi 636,677 mln. manat təşkil edib. Problemli kreditlərin 531,169 mln. manatı Bakı şəhəri, 105,509 mln. manatı regionların payına düşür. Kredit portfelinin həcmini nəzərə aldıqda, paytaxtda problemli kreditlərin payının 6,2%, regionlarda isə 8,4% təşkil etdiyini görürük.

Kreditlərin qaytarılmasında ən pis vəziyyət Yuxarı Qarabağ iqtisadi rayonunda yaranıb. AMB-dən bildirilib ki, bu iqtisadi rayonda verilən kreditlərin 14,2%-nin vaxtı keçib (1,517 mln. manat). Hərçənd, Yuxarı Qarabağ iqtisadi rayonuna verilən kreditlərin həcmi respublika üzrə ümumi kredit portfelinin cüzi hissəsini (cəmi 1,1%-ni) təşkil etdiyinə görə, bu göstərici respublika üzrə problemli kreditlərin həcminə ciddi təsir etmir.

Problemli kreditlərin payına görə sonrakı yeri Abşeron iqtisadi rayonu tutur – burada vaxtı keçmiş kreditlərin həcmi 29,665 mln. manat və ya 10,6% təşkil edir. Sonrakı yerlərdə Dağlıq Şirvan (ümumi kredit portfeli – 31,591 mln. manat, vaxtı keçmiş kreditlər - 10,4%), Lənkəran (portfel – 116,974 mln. manat, problemli kreditlər - 9,3%), Şəki-Zaqatala bölgəsi (portfel – 102,208 mln. manat, problemli kreditlər - 9,2%) qərarlaşıb.

Problemli kreditlərin həcmi Gəncə-Qazax iqtisadi rayonunda 8,5% (ümumi kredit portfel 268,531 mln. manat), Kəlbəcər-Laçın iqtisadi rayonunda 8% (portfel – 2,121 mln. manat), Aran iqtisadi rayonunda 7,5% (portfel – 279,617 mln. manat), Quba-Xaçmaz iqtisadi rayonunda 5,9% (portfel – 100,398 mln. manat) təşkil edib.

Kreditlərin qaytarılması ilə bağlı ən yaxşı vəziyyət Naxçıvan Muxtar Respublikasında yaranıb. Belə ki, hesabat dövründə Naxçıvanda vaxtı keçmiş kreditlərin cəmi 820 min manat təşkil edib və bu, kredit portfelinin 1,2%-nə bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR