Bank Of Baku

«PAŞA Sığorta» şirkəti «Express Bank»ın korporativ tibbi sığortaçısı seçilib

«PAŞA Sığorta» şirkəti «Express Bank»ın korporativ tibbi sığortaçısı seçilib
# 10 yanvar 2012 12:16 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «PAŞA Sığorta» şirkəti «Express Bank» ASC-nin korporativ tibbi sığortaçısının müəyyən olunmasına dair keçirdiyi müsabiqənin qalibi olub.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «Expressbank»ın tibbi sığorta proqramı bank, inzibati və texniki işçilərin müxtəlif kateqoriyaları daxil olmaqla bankın bütün əməkdaşlarını əhatə edir.

Qeyd edək ki, «PAŞA Sığorta» şirkəti həmçinin «Access Bank», «PAŞA Bank», «Muğan Bank», «Bank Avrasiya», «United Credit Bank» və bir sıra digər təşkilatlara tibbi sığorta xidmətləri göstərir.

Xatırladaq ki, «PAŞA Holding» Şirkətlər Qrupuna daxil olan «PAŞA Sığorta» şirkəti 2006-cı ildən fəaliyyət göstərir. Cari ilin yanvarın 1-nə şirkətin nizamnamə kapitalı 30 mln. manat təşkil edib. Hazırda şirkət 31 sığorta növü üzrə xidmət göstərir.

«Express Bank» 1989-cu ildən 2010-cu ilin mart ayınadək «Azərnəqliyyatbank» adı ilə fəaliyyət göstərib. Bankın səhmlərinin 100%-i hüquqi şəxslərə məxsusdur. Hazırda bankın respublika üzrə 10 filialı, 42 bankomatı, 17 POS-terminalı və 212 işçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR