Bank Of Baku

Azərbaycanda kreditləşmənin 87%-i paytaxtın payına düşür

Azərbaycanda kreditləşmənin 87%-i paytaxtın payına düşür
# 10 yanvar 2012 12:38 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda verilən kreditlərin 87,2%-i Bakı şəhərinin payına düşür. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, ölkədəki kredit təşkilatlarının məcmu kredit portfelinin həcmi 2011-ci il dekabrın 1-ə 9 852,786 mln. manat təşkil edir. Bu kreditlərin 8 592,016 mln. manatı və ya 87,2%-i paytaxtdakı subyektlərə verilib. Respublikanın regionlarındakı 10 iqtisadi rayona verilən kreditlərin ümumi məbləği isə 1 260,770 mln. manat (ümumi kreditlərin 12,8%-i) təşkil edib.

Regionlar arasında ən çox kredit Abşeron iqtisadi rayonundakı (279,896 mln. manat) bölgələrdə verilib. Aran iqtisadi rayonu ərazisində 279,617 mln. manat, Gəncə-Qazax iqtisadi rayonunda isə 268,531 mln. manat kredit verilib.

Kreditlərin həcminə görə sonrakı yerləri Lənkəran (116,974 mln. manat), Şəki-Zaqatala (102,208 mln. manat), Quba-Xaçmaz (100,398 mln. manat), Naxçıvan Muxtar Respublikası (68,722 mln. manat), Dağlıq Şirvan (31,591 mln. manat), Yuxarı Qarabağ (10,713 mln. manat) tutur. Ölkədə ən az kredit Kəlbəcər-Laçın iqtisadi rayonunda (2,121 mln. manat və 0,02%) verilib.

Bakı şəhərinə verilən kreditlərin 30,9%-i qısamüddətli, 69,1%-i uzunmüddətli olub. Regionlar üzrə bu göstəricilər müvafiq olaraq 35% və 65% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR