Bank Of Baku

Merkel: “Yunanıstanın avrozonada qalması üçün əlimizdən gələni edəcəyik”

Merkel: “Yunanıstanın avrozonada qalması üçün əlimizdən gələni edəcəyik”
# 10 yanvar 2012 12:54 (UTC +04:00)
Bakı - APA-Economics. Almaniya və Fransa Yunanıstanın avrozonada qalması üçün əllərindən gələni edəcəklər. “APA-Economics”in xəbərinə görə, bu barədə Almaniya kansleri Angela Merkel Fransa prezidenti Nikola Sarkozi ilə Berlində keçirdiyi görüşdən sonra mətbuat konfransında bildirib.

A.Merkel Yunanıstan hökumətini bir daha beynəlxalq kreditorlarla əldə olunan razılaşmalara əməl etməyə çağırıb: “Yalnız bu halda Afinaya yardım olunacaq”.

Kansler yanvarın 10-da Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqardla görüşəcəyini və Yunanıstan məsələsini də müzakirə edəcəyini söyləyib.

Öz növbəsində N.Sarkozi qeyd edib ki, Avropanın bütövlüyü yalnız Almaniya və Fransanın birləşməsindən asılıdır: “Avropada böhranın nəticələrini aradan qaldırmaq üçün Avropa Birliyinin rəqabət qabiliyyətini yüksəltmək lazımdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR