Bank Of Baku

Şimali Koreyada xarici valyutanın istifadəsi tam qadağan olunub

Şimali Koreyada xarici valyutanın istifadəsi tam qadağan olunub
# 10 yanvar 2012 13:06 (UTC +04:00)
Bakı - APA-Economics. Şimali Koreya bazarlarında xarici valyutanın istifadəsi tam qadağan olunub. “APA-Economics”in xəbərinə görə, bu barədə Cənubi Koreya saytları məlumat yayıb.

Şimali Koreyadakı mənbələr bu addımı ölkənin əvvəlki rəhbəri Kim Çen İrin son arzusu kimi təqdim ediblər. Amma onlar bunun səbəbini anlamadıqlarını etiraf ediblər.

İndiyədək Şimali Koreya bazarlarında əməliyyatlar yerli vondan daha çox xarici valyuta, xüsusən Çin yuanı ilə aparılıb.

Qeyd edək ki, ötən il dekabrın 17-də Şimali Koreyanın lideri Kim Çen İr 17 il hakimiyyətdə olduqdan sonra vəfat edib. Ölkədə 12 günlük matəm başa çatdıqdan sonra onun 28 yaşlı oğlu Kim Çen In rəsmən yeni lider elan olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR