Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı plastik kartları üzrə tarifləri endirir

Azərbaycan Beynəlxalq Bankı plastik kartları üzrə tarifləri endirir
# 10 yanvar 2012 13:43 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Yanvarın 9-dan etibarən Azərbaycan Beynəlxalq Bankının (ABB) plastik kartları üzrə yeni tariflər qüvvəyə minib. Bankın mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, «Visa Classic», «Visa Gold», «Visa Platinum», «MasterCard Standard», «MasterCard Gold», «MasterCard Platinum», «Visa Business-MasterCard Business» və «Visa Business Gold» kartları üzrə tariflər endirilib.

Belə ki, kartların növü və müddətindən asılı olaraq qiymətlər 60-170% endirilib. Məsələn, 1, 2 və 3 illik «Visa Classic» kartlarının qiyməti müvafiq olaraq 40 manat, 76 manat və 112 manat əvəzində 25 manat, 40 manat və 50 manat təşkil edəcək. Bundan əlavə, əvvəllər bəzi kartlar üzrə tətbiq olunan sığorta depozitlərinin daxil edilməsi artıq ləğv edilib.

Bankın mətbuat xidmətinin məlumatına görə, 2011-ci ilin sonuna ABB-nin 1,858 mln. aktiv plastik kartı olub. Ötən ilin 11 ayı ərzində kartlarla aparılan əməliyyatların sayı 19,7 mln., əməliyyatların həcmi 2,8 mlrd. manat təşkil edib. Müqayisə üçün bildirək ki, 2002-ci ildə kartların sayı 28 min, kartlar üzrə ümumi dövriyyə isə 71 mln. dollara bərabər olub. Hazırda kartların xidməti üzrə şəbəkə 629 bankomat, 65 köşk və 3 757 POS-terminaldan ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR