Bank Of Baku

«DəmirBank» təkrar müştərilərə güzəştli kreditlər təqdim edir

«DəmirBank» təkrar müştərilərə güzəştli kreditlər təqdim edir
# 10 yanvar 2012 16:14 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «DəmirBank» ASC təkrar müştərilərin güzəştli kreditləşdirilməsi layihəsinə başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, təkrar müştəri qismində hazırda heç bir öhdəliyi olmayan, minimum 9 ay ödəniş tarixçəsinə malik, aylıq ödənişlər üzrə gecikmə günləri cəmi 15 gündən (son kredit üzrə) çox olmayan müsbət kredit tarixçəsinə malik müştərilər nəzərdə tutulur.

Layihə müqavilə üzrə kredit öhdəliyinin başa çatmasına maksimum 3 ay qalmış müştərilərə də şamil oluna bilər. Layihə 1 ildən çox fasilədən sonra banka müraciət edən müştərilərə şamil olunmur.

Layihə çərçivəsində veriləcək kreditin müddəti 3-24 ay, məbləği isə 300-5000 manat (yaxud digər valyuta ekvivalenti həcmində) təşkil edə bilər. Layihə istehlak kreditlərinə (kredit xətti, təqaüdçülərə kredit, avtomobil krediti, lizinq və ipoteka kreditləri istisna olmaqla) şamil olunur.

Xatırladaq ki, «DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR