Bank Of Baku

«Royal Bank»ın Müşahidə Şurasının üzvlərinin sayı azalıb

«Royal Bank»ın Müşahidə Şurasının üzvlərinin sayı azalıb
# 11 yanvar 2012 07:55 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Royal Bank» ASC-nin səhmdarlarının ümumi iclasının qərarı ilə bankın Müşahidə Şurasının tərkibində dəyişiklik edilib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, iclasda səhmdarların qərarı ilə Famil İlham oğlu Teymurov Müşahidə Şurasının üzvlüyündən kənarlaşdırılıb. Bununla da bankın Müşahidə Şurasının üzvlərinin sayı 4-ə enib.

Qeyd edək ki, səhmdarların qərarı ilə Müşahidə Şurasının yeni üzvləri Azər Şahmərdanov, Natiq Talıbov, Fərman Hüseynli və Samir Əkbərov təsdiq edilib.

Xatırladaq ki, əsas təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank» ASC 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb. Bankın ölkə üzrə 32 filialı, 32 bankomatı və 113 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR