Bank Of Baku

Rusiyada inflyasiya son 20 ildə minimuma enib

Rusiyada inflyasiya son 20 ildə minimuma enib
# 11 yanvar 2012 09:44 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiyada istehlak qiymətləri 2011-ci ildə 6,1% artıb ki, bu da 1991-ci ildən bəri ən aşağı göstəricidir.

APA-Economics”in xəbərinə görə, bu barədə Rusiya Federal Statistika Xidməti açıqlama yayıb.

Açıqlamada bildirilir ki, ötən ilin dekabr ayında istehlak qiymətlərinin indeksi 100,4%, ilin əvvəlindən isə 106,1% təşkil edib ki, bu da 1991-ci ildən ən aşağı göstəricidir.

Xatırladaq ki, bundan əvvəlki tarixi minimum 2010-cu ildə qeydə alınıb. Həmin il Rusiyada istehlak qiymətləri 8,8% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR