Bank Of Baku

Azərbaycan şirkəti Türkiyə fond bazarında fəaliyyət göstərmək üçün lisenziya alıb

Azərbaycan şirkəti Türkiyə fond bazarında fəaliyyət göstərmək üçün lisenziya alıb
# 11 yanvar 2012 10:37 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanın «Forex-Az» şirkəti (eyni adlı törəmə şirkəti vasitəsi ilə) Türkiyənin qiymətli kağızlar və sərmayə bazarlarında broker fəaliyyəti göstərmək hüququ qazanıb. Bu barədə «APA-Economics»ə «Forex-Az» şirkətinin rəhbəri Elşən Quliyev məlumat verib.

Onun sözlərinə görə, yanvarın 10-da Türkiyənin TMSF (Tasarruf Mevduatı Sigorta Fonu) qurumunun 2-ci dəfə təşkil etdiyi qiymətli kağızlar və sərmayə bazarları lisenziyasının tenderində üç şirkət – «Bank Asya», «Guler Yatırım» və «Forex-Az» şirkəti təklif verib. Qızğın mübarizə şəraitində keçən açıq hərracda sonda «Bank Asya»dan daha yüksək təklif verən «Forex-Az» şirkəti 2,6 mln. türk lirəsi ödəməklə broker lisenziyası əldə edib.

Bununla da 2003-cü əldən fəaliyyətini dayandırılan «ADA Menkul Degerler» şirkətinin lisenziyası bu tender nəticəsində qalib gələn şirkətə verilib. Qeyd edək ki, son illər Türkiyədə bu sahədə yeni lisenziyaların alınması yalnız mövcud şirkətlərin lisenziyalarının başqalarına verilməsi vasitəsilə mümkündür.

Bununla da, «Forex-Az» Türkiyə şirkəti bu ölkənin sərmayə bazarlarında aktiv iştirak etmək üçün zəruri olan qiymətli kağızların alqı-satqısı, fond idarəetməsi və broker-diler fəaliyyəti göstərmək hüququ qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR