Bank Of Baku

Ötən il Almaniya iqtisadiyyatı 3% artıb

Ötən il Almaniya iqtisadiyyatı 3% artıb
# 11 yanvar 2012 11:53 (UTC +04:00)
Bakı - APA-Economics. Almaniyada ÜDM-in artım tempi 2011-ci ildə 3% təşkil edib. “APA-Economics”in xəbərinə görə, bu barədə Almaniya Dövlət Statistika Bürosu açıqlama yayıb.

Müqayisə üçün qeyd edək ki, 2010-cu ildə bu göstərici 3,7% olub. Azalma avrozonadakı böhran və dünya iqtisadiyyatında inkişaf dinamikasının zəifləməsi ilə bağlıdır.

Avrozonanın və Avropa Birliyinin ən böyük iqtisadiyyatı olan Almaniyada ÜDM-in artmasına ötən il istehlak xərclərinin, investisiya və ixracın artması təsir göstərib. Belə ki, 2011-ci ildə ixracın həcmi bir il əvvəlki dövrlə müqayisədə 8,2%, idxal 7,2% artıb. Ölkə büdcəsinin kəsiri 26,7 mlrd. avro (və ya ÜDM-in 1%-i) təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR