MDB ölkələrinin maliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb - FOTO
Azərbaycan Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, «Qlobal transformasiya şəraitində dünya iqtisadiyyatının çağırışlarına və inkişaf perspektivləri»nə həsr olunan tədbir çərçivəsində əsasən dünya iqtisadiyyatının ən mühüm mövzuları, sosial-iqtisadi inkişaf, o cümlədən «Kapital və qlobal iqtisadiyyatda maliyyə», «Qlobal miqyasda davamlı inkişaf və sosial vəziyyət» mövzularında müzakirələr aparılıb. Forumda Azərbaycanı ölkənin maliyyə naziri Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Forumun əsas plenar iclasının açılışında Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan, tanınmış ictimai-siyasi xadimlər, alimlər və biznesmenlər iştirak edib. Tədbirə 11 Nobel mükafatı laureatı, İtaliya, Böyük Britaniya, Niderlandın sabiq baş nazirləri Romano Prodi, Toni Bleyer, Uim Kok və digər tanınmış şəxslər də qatılıb.
Forumda çıxış edən N.Nazarbayev bildirib ki, tədbirdə 90 ölkədən 8 mindən artıq nümayəndə iştirak edir. Prezident qeyd edib ki, Astana İqtisadi Forumu dünyada gedən iqtisadi proseslər, maliyyə böhranı və digər iqtisadi problemlərlə əlaqədar dialoq məkanına çevrilib. Hazırda dünyada yaşanan iqtisadi böhran və onun aradan qaldırılması istiqamətində atılan addımlar barədə danışan N.Nazarbayev qeyd edib ki, G-20 kimi formatlar daxilində aparılan müzakirələrlə iqtisadi böhranın həllinə nail olmaq çətindir. Bunun üçün daha geniş bir platformada müzakirələr aparılmalıdır. Açılışda R.T.Ərdoğan, BMT-nin baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Frensis Qarri, Almaniyanın sabiq prezidenti Hörst Köhler, Beynəlxalq Valyuta Fondunun sərəncamçı direktoru Min Ju, iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Robert Mandel və başqaları çıxış edib, maliyyə böhranının səbəbləri, dünya iqtisadiyyatı və maliyyə kapitalı, maliyyə böhranının aradan qaldırılmasında Forumun rolu haqqında fikirlərini bildiriblər.
Forum çərçivəsində MDB-yə üzv olan ölkələrin maliyyə nazirlərinin daimi fəaliyyət göstərən Müşavirəsinin 6-cı iclası da keçirilib. İclasda MDB-yə üzv olan ölkələrin maliyyə və iqtisadi vəziyyəti, dünyada gedən maliyyə-iqtisadi böhran və ondan çıxış yolları, bununla əlaqədar müntəzəm olaraq informasiya mübadiləsinin aparılması, maliyyə sahəsində Birlik ölkələrində inteqrasiya üzrə qarşılıqlı fəaliyyət, dünya iqtisadiyyatının sağlamlaşdırılması və inkişafının aktual məsələləri, qlobal qeyri-sabitlik fonunda maliyyə riskləri və digər məsələlər müzakirə olunub.
Müşavirədə maliyyə sahəsində avrozonada olan risklər, Yunanıstanın avrozonadan mümkün çıxışı, bunun dünya iqtisadiyyatına və dünyanın və MDB-nin maliyyə bazarına təsiri və digər məsələlər ətrafında da müzakirələr aparılıb.
Tədbirdə maliyyə nazirlikləri arasında 2012-2013-cü illər üçün əməkdaşlıq haqqında Anlaşma Memorandumunun həyata keçirilməsi üçün fəaliyyət planı təsdiq edilib.
Qeyd edək ki, MDB dövlətləri maliyyə nazirlərinin daimi fəaliyyət göstərən Müşavirəsi vəziyyəti öyrənmək və böhrana qarşı tədbirlər hazırlamaq üçün 2008-ci il oktyabrın 10-da üzv dövlətlərin hökumət başçılarının qərarı ilə yaradılıb. Qurumun ilk iclası 2008-ci il oktyabrın 21-də keçirilib.
Maliyyə
Bank əmanətçilərinin depozit gəlirləri beş ayda 600 mln. manatı ötüb
Azərbaycanda bank müştəri hesablarının sayı 18%-dən çox artıb
"Azər Türk Bank"ın şəhid əməkdaşı ordenlə təltif edilib
Maliyyə icarəsi müqavilələrinin maksimum məbləği müəyyənləşəcək
Xəbər Lenti
SEPAH ABŞ-ın Hörmüz boğazındakı hədəfləri vurmasına cavab verəcəyini açıqlayıb
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
ABŞ Hörmüz boğazında İranla əlaqəli hədəfləri vurub
Tramp yenidən İranı atəşkəsi pozmaqda ittiham edib
Netanyahu: Livanla danışıqlar uğurla başa çatıb, lakin İsrail ordusu Livanın cənubundan çəkilməyəcək
Britaniya Ukraynaya 1 milyard dollarlıq kredit üçün Dünya Bankına zəmanət verib
Ermənistan ordusunun hərbi qulluqçusu ölüb
İsrail və Livan ABŞ dövlət katibi Marko Rubionun iştirakı ilə çərçivə sazişi imzalayıb - YENİLƏNİB
Venesuelada zəlzələdə ölənlərin sayı 920-yə çatıb, 3360 nəfər yaralanıb, 50 mindən çox insan itkin düşüb - VİDEO - YENİLƏNİB-5
Azərbaycanın namizədi BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin üzvlüyünə seçilib
Dilarə Səlim Mədəniyyət televiziyasının direktoruluğundan kənarlaşdırılması ilə bağlı məsələyə aydınlıq gətirib
Hakan Fidan: Rusiya və Ukraynanı yenidən danışıqlar masası ətrafında toplamağa hazırıq
Oman Avropaya Hörmüz boğazından keçmək üçün mümkün rüsumlarla bağlı xəbərdar edib
Səfərbərlik Xidmətinin rəisi: Hərbi xidmət müddətinin azaldılması və ödənişli hərbi xidmət gündəlikdə deyil - MÜSAHİBƏ
Tramp İranı Hörmüzdəki gəmilərə dron ataraq atəşkəsi pozmaqda günahlandırıb
Gürcüstan parlamentinin iclasında dava düşüb - VİDEO
Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
Nazir: Hörmüz boğazında qalan Türkiyə gəmiləri bölgədən ayrılıb
Kadir İnanır vəfat edib
Putin Lukaşenko ilə görüşüb
Putin orduda müqavilə əsasında xidmət edən əcnəbilərin deportasiyasını qadağan edib
İsrail ordusu: Livanın cənubunda 7 "Hizbullah" üzvü öldürülüb
Türkiyədə fişəng fabrikində partlayış baş verib, ölən və xəsarət alan var
Fransada anomal istilərdə ölənlərin sayı 55-ə çatıb
FHN: İsmayıllıda suvarma kanalında batan gəncin meyiti tapılıb - VİDEO - YENİLƏNİB
Bəqai: ABŞ və KƏŞ-in birgə bəyanatı həqiqətin təhrif edilməsidir
“Rosatom” Buşehr AES-ə işçilərini yaxın həftələrdə qaytarmağı planlaşdırır
Pekində təyyarə hündürlüyü 528 metr olan göydələnə çırpılıb - VİDEO
İsrailin müdafiə naziri İranı hədələyib: Heç nə bizi dayandıra bilməz
Silahlı Qüvvələr Günündə Müdafiə Nazirliyində yeni obyektlər istifadəyə verilib
Lukaşenko Putinlə görüşmək üçün Rusiyaya gedib
Rusiya XİN vətəndaşlarına Moldovaya səfərdən çəkinməyi tövsiyə edib
Azərbaycan və İtaliya XİN rəhbərlərinin telefon danışığı olub
“Kristal” “City Garden Narimanov” layihəsində yeni mərhələni satışa təqdim etdi - Faizsiz kredit və ipoteka imkanları!
Səfərbərlik Xidmətinin rəisi Mürsəl İbrahimov: Üç il ərzində 500-dən çox əməkdaş intizam məsuliyyətinə cəlb olunub - ANONS
DSMF sədri Gürcüstan Sosial Xidmət Agentliyinin direktoru ilə görüşüb
Müdafiə naziri yeni generallara rütbələrini təqdim edib - FOTO
Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edilib
Baş katib: Ermənistanın MDB-dən çıxmasından söhbət getmir, təşkilatda qalacaqlar
Avropa Komissiyasının Prezidenti gələn həftə Azərbaycana səfər edəcək
Rusiyanın sabiq müdafiə naziri Sergey İvanov vəfat edib
MN-in rəhbər heyəti Fəxri Xiyaban, Zəfər parkı və Hərbi Memorial Məzarlığı ziyarət edib
Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib, Ermənistan yüksək səviyyəli nümayəndə göndərməyib - FOTO
Rusiya ilə Ukrayna arasında “160-ın 160-a” formatında əsir mübadiləsi olub
Abşeronda 122 motoxuliqan saxlanılıb - VİDEO
DİN: İtkin düşən 6 nəfər tapılıb
Kür və Araz çaylarında sululuq artacaq, subasma halları ehtimal olunur - XƏBƏRDARLIQ
Bastrıkin Rusiyada 12 yaşından cinayət məsuliyyətinin tətbiqi ideyasından danışıb
Cənubi Koreya İran və ABŞ arasında əldə olunmuş razılaşmanı alqışlayır
Tehran Hörmüzdən keçidin İranla koordinasiya olmadan təmin edilə bilməyəcəyini bildirir