Bank Of Baku

«Bank BTB» yeni səhm emissiyasının yerləşdirilməsinə başlayır

«Bank BTB» yeni səhm emissiyasının yerləşdirilməsinə başlayır
# 24 may 2012 07:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gündən etibarən Bakı Fond Birjasında (BFB) Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qeydə alınmış «Bank BTB» ASC-nin adi adlı sənədli səhmlərinin yerləşdirilməsinə başlanır.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 000 manat, sayı 1 600 ədəd, emissiyanın ümumi həcmi isə 1,6 mln. manat təşkil edir. Emissiya kütləvi təklif üsulu ilə BFB vasitəsilə yerləşdiriləcək. Səhmlərin yerləşdirilməsində anderrayter rolunda «Unicapital» MMC çıxış edir. Yerləşdirilmə başa çatdıqdan sonra bankın nizamnamə kapitalı 13,3% artaraq 13,6 mln. manata çatacaq.

Qeyd edək ki, «Bank BTB» (Bakı Ticarət Bankı) 2010-cu ildə fəaliyyət başlayıb. Hazırda bankın nizamnamə kapitalı 12 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR