Bank Of Baku

Avropa Birliyinin liderləri Yunanıstanı avrozonada qalmağa çağırıb

Avropa Birliyinin liderləri Yunanıstanı avrozonada qalmağa çağırıb
# 24 may 2012 08:01 (UTC +04:00)
Bakı - APA-Economics. Avropa Birliyinin liderləri Yunanıstanı indiyədək əldə olunmuş razılıqlara əməl etməklə avrozonada qalmağa çağırıb.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, AB ölkələrinin liderləri Brüsseldə keçirilən qeyri-formal sammitdə belə qərara gəliblər.

“Biz istərdik ki, Yunanıstan avrozonada qalsın. Ancaq yunanların əvvəllər əldə olunmuş razılaşmalara riayət etməsində israr edirik” - deyə Almaniya kansleri Angela Merkel bildirib.

Fransa prezidenti Fransua Olland da Yunanıstanın avrozonada qalmasının lehinə çıxış edib. O, Yunanıstanda iqtisadi artımın stimullaşdırılması üçün AB-nin struktur fondlarından istifadə etməyi təklif edib.

AB prezidenti Herman van Rompey də Yunanıstanın avrozonada qalmasını istəyib. O qeyd edib ki, 2010-cu ildən bəri AB və Beynəlxalq Valyuta Fondu Yunanıstan iqtisadiyyatının xilası üçün 350 mlrd. avro ayırıb: “Yunanlar avronun taleyi ilə bağlı qərarlarını iyunun 17-də keçiriləcək parlament seçkilərində verəcəklər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR