Bank Of Baku

Suriya beynəlxalq sanksiyalar nəticəsində 4 mlrd. dollar itirib

Suriya beynəlxalq sanksiyalar nəticəsində 4 mlrd. dollar itirib
# 24 may 2012 10:35 (UTC +04:00)
Bakı - APA-Economics. Suriya beynəlxalq sanksiyalar nəticəsində 4 mlrd. dollar itirib. “APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, bunu ölkənin neft naziri Sufyan Alau bildirib.

Onun sözlərinə görə, xarici ticarətdə tətbiq olunan məhdudiyyətlər Suriyanın enerjidaşıyıcıları və ilkin tələbat malları ilə təminatında fasilələr yaradıb: “Sanksiyaların getdikcə sərtləşdirilməsi nəticəsində ölkənin qaza olan tələbatının yalnız yarısını ödəyə bilirik”.

S.Alau qeyd edib ki, Suriya neft və qazı sanksiyaları dəstəkləməyən ölkələrdən idxal etməyə çalışır. Onların arasında İran, Venesuela və Əlcəzair də var.

Qeyd edək ki, 2011-ci ilin martında kütləvi etirazlar başlayana qədər Suriyadan gündəlik neft ixracı 7-8 mln. dollar, qızıl ehtiyatları isə 17 mlrd. dollar təşkil edib. Suriyaya qarşı sanksiyalar ABŞ, Avropa Birliyi və bəzi ərəb dövlətləri tərəfindən tətbiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR