Bank Of Baku

Azərbaycanda bank depozitləri 26% artıb

Azərbaycanda bank depozitləri 26% artıb
# 24 may 2012 11:04 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin həcmi 2012-ci ilin aprelin 1-nə 9 796,5 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 045,4 mln. manat və ya 26,4% çoxdur. Eyni zamanda, mart ayında depozitlərin həcmi 289,5 mln. manat və ya 3,1% artıb.

Depozitlərin strukturunda 4 298,9 mln. manat və ya 43,9% ev təsərrüfatlarının əmanətlərinin payına düşür. Əmanətlərin həcmi son bir ildə 1 009,8 mln. manat və ya 30,7% artıb, martda isə 31,7 mln. manat və ya 0,7% azalıb.

Eyni zamanda hüquqi şəxslərin depozitlərinin həcmi aprelin 1-nə 5 497,5 mln. manata bərabər olub. Bu göstərici son bir ildə 1 035,5 mln. manat və ya 23,2% artıb. Eyni zamanda, mart ayında 321,0 mlın. manat və ya 6,2%-lik artım baş verib.

Hüquqi şəxslərin depozitlərinin tərkibində 2 539,6 mln. manat və ya 46,2% maliyyə təşkilatlarının depozitləri, 2 957,9 mln. manat və ya 53,8% qeyri-maliyyə təşkilatlarının depozitlərinin payına düşür.

Göründüyü kimi, depozitlərin illik artımında əhalinin əmanətlərinin artımının payı 49,4%, hüquqi şəxslər üzrə artımın payı isə 50,6% olub. Bundan əlavə, mart ayında əmanətlər üzrə mənfi, hüquqi şəxslərin depozitləri üzrə isə müsbət dinamika müşahidə olunub. Lakin bu, yalnız bir ay ərzində baş verdiyinə görə, hələlik bu sahədə hər hansı tendensiyanın formalaşdığını qeyd etmək tezdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR