Aktivlərin strukturunda müştərilərə verilən kreditlərin həcmi aprelin 1-nə 9 118,4 mln. manat (xüsusi çəkisi 62,1%), müxbir hesabları 1 635,3 mln. manat (11,1%), investisiyaların həcmi 1 283,7 mln. manat (8,7%), nağd vəsaitlər 616,1 mln. manat (4,2%), maliyyə sektoruna verilmiş kredit və depozitlərin həcmi 578,2 mln. manat (3,9%), digər aktivlər isə 1 454,3 mln. manat (9,9%) təşkil edib.
Kommersiya banklarının passivlərinin 85,3%-i bankların öhdəliklərinin payına düşür. Belə ki, bank öhdəliklərinin həcmi 12 522 mln. manat təşkil edib. Öhdəliklərin tərkibində 7 032,5 mln. manat depozitlər, 4 554,2 mln. manat maliyyə sektorundan alınmış kredit və depozitlər, 935,3 mln. manat digər öhdəliklərin payına düşür. Bankların məcmu kapitalı isə 2012-ci il aprelin 1-nə 2 163,9 mln. manata bərabər olub.