Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, mart ayı ərzində xarici öhdəliklər 62,4 mln. manat və ya 2,5% artıb:
Eyni zamanda, bankların məcmu xarici aktivlərinin həcmi 2012-ci il aprelin 1-nə 2 152,6 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 198,2 mln. manat və ya 10,1% çoxdur. Mart ayı ərzində isə 160,4 mln. manat və ya 8,1%-lik artım müşahidə olunub.
Nəticədə, kommersiya banklarının xarici maliyyə əməliyyatlarında yaranmış mənfi saldo 378,8 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 34,3% azdır.