Bank Of Baku

«Access Bank» 2011-ci ilin audit hesabatını açıqlayıb

«Access Bank» 2011-ci ilin audit hesabatını açıqlayıb
# 24 may 2012 14:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Access Bank» QSC «Pricewaterhouse Coopers» beynəlxalq audit şirkəti tərəfindən 2011-ci il üzrə təsdiqlənmiş (konsolidasiya olunmuş) maliyyə hesabatını açıqlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabata əsasən, cari ilin yanvarın 1-nə bankın aktivləri 383 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin əvvəlinə nisbətən 4,8% çoxdur. Bankın kredit portfeli 11% artaraq 300 mln. manata, vergilər ödənildikdən sonra xalis mənfəət isə 17,268 mln. manata çatıb.

Bankın kapitalı 90,296 mln. manat, kapitalın yetərlilik əmsalının göstəricisi isə 27,71% təşkil edib. Bu zaman məcmu kapitalın səmərəliliyi 19%-ə bərabər olub.

Xatırladaq ki, «Access Bank» QSC 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR