Bank Of Baku

Vatikan Bankının prezidenti istefaya göndərilib

Vatikan Bankının prezidenti istefaya göndərilib
# 25 may 2012 07:30 (UTC +04:00)
Bakı - APA-Economics. Vatikan Bankının prezidenti Ettore Gotti Tedeski istefaya göndərilib. “APA-Economics”in “BBC News”a istinadən xəbərinə görə, bu barədə Vatikan açıqlama yayıb.

Bankın Direktorlar Şurasının üzvləri Gotti Tedeskiyə etimad məsələsini anonim səsverməyə çıxarıb. İstefanın səbəbi kimi bank rəhbərinin “birinci dərəcəli vəzifələri uğurla yerinə yetirməməsi” göstərilir. Amma hansı vəzifələrdən söhbət getdiyi açıqlanmır. Direktorlar Şurası bu qərara gəlib ki, “bankın dayanıqlığı üçün Gotti Tedeskinin istefası zəruridir”.

Sabiq bank rəhbəri öz istefasını şərh etməkdən imtina edib: “Yaxşısı budur mən susum, yoxsa pis şeylər danışa bilərəm. Mən hər şeyi adı ilə çağırmağımın əvəzini ödəmişəm”.

Qeyd edək ki, Ettore Gotti Tedeski Vatikan Bankına 2009-cu ildən rəhbərlik edib. Rəsmən Dini İşlər İnstitutu (Instituto per le Opere di Religione) adlanan bank İkinci Dünya müharibəsi zamanı din xadimləri və dini müəssisələrin aktivlərini idarə etmək məqsədilə yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR