Bank Of Baku

Azərbaycan Hesablama Palatası dövlət büdcəsinə dəyişikliklərə rəy verib

Azərbaycan Hesablama Palatası dövlət büdcəsinə dəyişikliklərə rəy verib
# 25 may 2012 10:19 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Hesablama Palatasının mayın 23-də keçirilən Kollegiya iclasında “Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsinə Hesablama Palatasının rəyi müzakirə edilib.

Palatadan «APA-Economics»ə verilən məlumata görə, Hesablama Palatasının rəyində əsas diqqət 2012-ci ilin ötən dövrü ərzində ölkə iqtisadiyyatını xarakterizə edən makroiqtisadi göstəricilərin və ona təsir edən amillərin təhlilinə, 2012-ci il dövlət büdcəsinin gəlir və xərc parametrlərinin dürüstləşdirilməsini zəruri edən amillərin araşdırılmasına yönəldilib.

Rəy hazırlananda dövlət büdcəsinin gəlirləri üzrə təklif edilmiş dəyişikliklər vergi mənbələri və tədiyyə növləri üzrə araşdırılıb, xərclər üzrə dəyişikliklər isə funksional və iqtisadi təsnifatın bölmələri və köməkçi bölmələri səviyyəsində təhlil edilib. Bundan başqa, rəyin hazırlanması zamanı böyük həcmdə daxil olan maliyyə resurslarından daha səmərəli və məhsuldar istifadənin təmin edilməsi, onların ilk növbədə daha böyük əhəmiyyət kəsb edən sosial-iqtisadi məsələlərin həllinə yönəldilməsi barədə Palatanın qənaəti də əksini tapıb.

Kollegiya iclasında rəy geniş müzakirə edilərək təsdiq edilib və Hesablama Palatası tərəfindən büdcə dəyişikliklərinin Milli Məclisdə müzakirəyə təqdim olunması barədə qərar qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR