Bank Of Baku

ABŞ bankları 2007-ci ildən bəri ən yüksək mənfəət əldə ediblər

ABŞ bankları 2007-ci ildən bəri ən yüksək mənfəət əldə ediblər
# 25 may 2012 12:34 (UTC +04:00)
Bakı - APA-Economics. Bu ilin I rübündə ABŞ banklarının ümumi mənfəəti illik müqayisədə 23% artaraq 28,7 mlrd. dollardan 35,3 mlrd. dollara yüksəlib ki, bu da 2007-ci ildən bəri ən yüksək göstəricidir.

APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, bu barədə Depozit Əmanətlərin Sığortası üzrə Federal Korporasiya açıqlama yayıb.

Hesabat dövründə ABŞ-da problemli bankların sayı 772-yə düşüb ki, bu da dövlət tərəfindən sığortalanmış bankların 9,5%-ni təşkil edir. Maliyyə təşkilatlarının kreditlərdən zərəri isə 21,8 mlrd. dollara enib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR