Bank Of Baku

Azərbaycanda bank kreditləşməsi 23% artıb

Azərbaycanda bank kreditləşməsi 23% artıb
# 25 may 2012 14:24 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşları 2012-ci il aprelin 1-nə 10 263,2 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,7% çoxdur. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, kreditlərin 34,3%-i ev təsərrüfatlarına verilib.

Ticarət və xidmət sahəsinə yönəldilən kreditlərin payı 28,2%, nəqliyyat və rabitə sahəsinin payı 4,2%, sənaye və istehsalın payı 5,7%, energetika, kimya və təbii ehtiyatlar sahəsinin payı 2,6%, kənd təsərrüfatı və emalın payı 4,7%, inşaat və əmlak sahəsinin payı 8,4%, digər sahələrin payı isə 11,9% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR