Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı «The Banker» jurnalının renkinqinə başçılıq edir

Azərbaycan Beynəlxalq Bankı «The Banker» jurnalının renkinqinə başçılıq edir
# 25 may 2012 14:26 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı «The Banker» jurnalının Qafqaz ölkələri və Moldova banklarının aktiv və məcmu kapitalın həcminə görə renkinqlərində birinci yeri tutub. Bu barədə «APA-Economics»ə Bankın mətbuat xidmətindən məlumat verilib.

ABB-nin aktivləri son bir ildə 11,3% artaraq 2012-ci ilin aprelin 1-nə 5,229 mlrd. manata çatıb.

«The Banker» beynəlxalq maliyyə bazarlarına həsr olunan ixtisaslaşmış aylıq jurnal Londonda dərc olunur.

Qeyd edək ki, ABB 1992-ci ildə təsis edilib və Azərbaycan və regionun ən iri bankıdır. Bankın səhmlərinin 50,2%-i Azərbaycan hökumətinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR