Bank Of Baku

«Access Holding» Azərbaycanda bankın əsas səhmdarı olacaq

«Access Holding» Azərbaycanda bankın əsas səhmdarı olacaq
# 25 may 2012 15:11 (UTC +04:00)
Bankın Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, dəyişikliklərə əsasən, bankın təsisçilərinin siyahısında dəyişiklik baş verməyəcək və yenilik yalnız onların iştirak payına aid olacaq. Belə ki, Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və KfW Bankının hər biri səhmdar kapitalındakı payını 7,55% azaldacaq və hazırkı 20% səviyyəsindən 12,45%-ə çatdıracaq. Bununla yanaşı, Almaniyanın LFS şirkəti öz payını hazırkı 3,47%-dən 0,10%-dək azaldacaq. Almaniyanın «Access Holding»i isə sadalanan səhmdarların təklif etdiyi bütün səhmləri satın almaqla və öz iştirak payını adekvat həcmdə - 16,53%-dən 50,1%-dək artırmaq niyyətindədir. Nəticədə, «Access Holding» nəzarət səhm paketinə sahib olacaq. Artıq bu sövdələşməni həyata keçirmək üçün razılığın alınması məqsədi ilə təşkilat Azərbaycan Mərkəzi Bankına müraciət edib.

Xatırladaq ki, «Access Bank» QSC 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın ölkə üzrə 29 filialı fəaliyyət göstərir.

Cari ilin aprelin 1-nə bankın aktivləri 391,4 mln. manat, kredit portfeli 313,6 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 32,8 mln. manat, depozit portfeli 129 mln. manat, o cümlədən əmanətlər 112 mln. manat, məcmu kapital 91,3 mln. manat, o cümlədən nizamnamə kapitalı 67,8 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR