Bank Of Baku

Bakıda «Qafqaz regionunda yeni perspektivlər» mövzusunda forum keçiriləcək

Bakıda «Qafqaz regionunda yeni perspektivlər» mövzusunda forum keçiriləcək
# 28 may 2012 08:27 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. İyulun 4-5-də Bakıda «Qafqaz regionunda yeni perspektivlər» mövzusunda III Beynəlxalq Sığorta Forumu keçiriləcək. Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) «APA-Economics»ə verilən məlumata görə, 200-dək iştirakçının qatılacağı forumda təcrübə mübadiləsi və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədilə işgüzar görüşlərin keçirilməsi nəzərdə tutulur. Forumda regionda sığorta və təkrar sığorta sahələrinə potensial investisiya imkanları müzakirə ediləcək. Tədbirdə Qafqaz regionunun, Türkiyə, Mərkəzi Asiya, Avropa, Rusiya və MDB-nin sığorta, təkrar sığorta və broker şirkətlərinin nümayəndələri iştirak edəcək.
Qeyd edək ki, forumun təşkilatçısı Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti, ASA və Rumıniyanın «Media XPRİMM» şirkətidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR