Bank Of Baku

«AGLeasing»ə yeni direktor təyin edilib

«AGLeasing»ə yeni direktor təyin edilib
# 29 may 2012 07:27 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AGLeasing» şirkətinə yeni direktor təyin edilib. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, şirkətin səhmdarlarının qərarı ilə İbrahim Əsədov «AGLeasing» şirkətinə direktor təyin olunub.

Əvvəllər şirkətin direktor vəzifəsini icra edən Səbuhi Baxşəliyev «APA-Economics»ə bildirib ki, hazırda o, lizinq sahəsinə aid olmayan işlə məşğuldur.

S.Baxşəliyev işdən çıxma səbəblərini açıqlamayıb, yeni direktorun isə əvvəllər lizinq sahəsində çalışmadığını bildirib.

Xatırladaq ki, «AGLeasing» şirkəti 2005-ci ildən fəaliyyət göstərir. Şirkətin səhmdarları rolunda «AGBank» ASC, Böyük Britaniyanın «Hyperion Capital İnvestments Ltd.» və ABŞ-ın «Delta Trans Group LLC» şirkətləri çıxış edir. Cari ilin mayın 1-nə şirkətin nizamnamə kapitalı 1 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR