Bank Of Baku

İspaniya hökuməti beynəlxalq maliyyə yardımından imtina edib

İspaniya hökuməti beynəlxalq maliyyə yardımından imtina edib
# 29 may 2012 07:56 (UTC +04:00)
Bakı - APA-Economics. İspaniyanın baş naziri Mariano Raxoy ölkəsinə beynəlxalq maliyyə yardımının lazım olmadığını bəyan edib.

APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, M.Raxoy İspaniyanın bank sektorunu xilas etməyə gərək görmədiklərini söyləyib.

İspaniyanın dördüncü iri bankı olan “Bankia”nın bir hissəsinin milliləşdirilməsindən danışan baş nazir bankın iflasa uğramasının qarşısını almaq buna getdiklərini vurğulayıb. Bu addım hökumətə 4,5 mlrd. avroya başa gəlib.

M.Raxoy İspaniyanın əyalətlərinin və iri maliyyə institutlarının iflasına imkan verməyəcəklərini bildirib: “Çünki buna imkan versək, bütün ölkə iflasa uğrayacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR