Bank Of Baku

“Parabank” müştərilərə “Gift kart” məhsulunu təqdim edir

“Parabank” müştərilərə “Gift kart” məhsulunu təqdim edir
# 29 may 2012 09:16 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın “Parabank” ASC müştərilərə “Gift kart” məhsulunu təqdim edir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, “Gift kart“ istənilən zaman və istənilən şəxsə minimum 50 manat daxil etməklə hədiyyə edilə bilər.

“Gift kart” yalnız debet rejimində işləyir. “Gift kart” hesabına mədaxil 1 min dollar ekvivalentindən çox ola bilməz. Kart ilə ATM, POS-terminal və internet əməliyyatları da aparmaq mümkündür. “Gift kart” müştərilərə kartın üzərində kart hesabının sahibinin hədiyyə etmək istədiyi şəxsin adı və soyadı çap olunmaqla və ya kart üzərində kart sahibinin adı və soyadı çap olunmadan iki formada ola bilər. Bu növ kartlara qabaqcadan ödənilən kartlar da deyilir. Qabaqcadan ödənilən kartları müştəri banka yaxınlaşdıqda anında əldə edə bilər.

Kartın illik komisyon haqqı 1 illik 15 manat, 2 illik 20 manat və 3 illik 30 manatdır. “Gift kart”ı əldə edənlər “Pin Change”, “Mobile Bank” ,”SMS Notification”, “İnternet Banking”, “Cash by Code” və sair xidməti kimi xidmətlərindən istifadə edə bilərlər.

Əlavə məlumat üçün “Parabank”ın 139 məlumat mərkəzinə müraciət edilə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR