Bank Of Baku

Azərbaycan parlamenti 2011-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsini müzakirə edir

Azərbaycan parlamenti 2011-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsini müzakirə edir
# 29 may 2012 11:01 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın 2011-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb.

«APA-Economics»in məlumatına görə, 2011-ci ildə dövlət büdcəsinin mədaxil proqnozu 15 554,2 mln. manata qarşı 15 700,7 mln. manat və ya 100,9% icra olunub. Bu da 2010-cu ilə nisbətən 4 297,7 mln. manat və ya 37,7% artıqdır. Büdcə gəlirlərinin ÜDM-də xüsusi çəkisi 31,4% təşkil edib. Büdcə gəlirlərinin 34,9%-i Vergilər Nazirliyi, 7,3%-i Dövlət Gömrük Komitəsinin vasitəsi ilə yığılıb, 57,3%-i Dövlət Neft Fondundan, 0,5%-i digər mənbələrdən daxil olub.

Hesabat ilində Vergilər Nazirliyi tərəfindən 5 160 mln. manat proqnoza qarşı 5 471,9 mln. manat və ya 6% çox, 2010-cu illə müqayisədə isə 1 179,1 mln. manat və ya 27,5% çox vəsait təmin edilib.

ABƏŞ tərəfindən 1 010 mln. manat proqnoza qarşı 1 330,9 mln. manat və ya 280,9 mln. manat çox, ARDNŞ isə 1 260,0 mln. manat proqnoza qarşı 1 260,8 mln. manat və ya 0,8 mln. manat artıq, qeyri-neft sektoru üzrə 2 850 mln. manat əvəzinə 2 880,3 mln. manat və ya 30,3 mln. manat artıq vəsait toplanıb.

Gömrük Komitəsi müvafiq illik proqnozu (1 140 mln. manat) faktiki olaraq 1 141,5 mln. manat və ya 100,1% səviyyəsində icra edib.

Ötən il Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən büdcəyə 5 mln. manat əvəzinə 5,1 mln. manat və ya proqnoz 2,4% çox vəsait ödənilib.

Sair daxilolmalar üzrə isə dövlət büdcəsinə 46 mln. manat əvəzinə 82,1 mln. manat daxil olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR