Bank Of Baku

Qara Dəniz Ticarət və İnkişaf Bankı daha bir Azərbaycan bankına kredit ayırıb

Qara Dəniz Ticarət və İnkişaf Bankı daha bir Azərbaycan bankına kredit ayırıb
# 29 may 2012 13:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) ilə Azərbaycanın «Unibank» ASC arasında 5 mln. ABŞ dolları həcmində kredit xəttinin ayrılmasına dair kredit sazişi imzalanıb. «APA-Economics»in məlumatına görə, 5 il müddətinə ayrılan kredit Azərbaycanda kiçik və orta müəssislərin yaradılmasına, göstərilən xidmət və istehsal olunan malların genişlənməsi və təkmilləşdirilməsi, eləcə də dövriyyə vəsaitlərinin artırılmasına yönəldiləcək.

QDTİB-in vitse-prezidenti Mustafa Boranın sözlərinə görə, bu, «Unibank»a ayrılan artıq ikinci analoji kredit xəttidir. Kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi üçün nəzərdə tutulan ilk 8 mln. dollarlın kredit xətti «Unibank» tərəfindən 2008-ci ildə istifadə edilib. Bundan başqa, 2005-ci ildə tərəflər arasında ticarətin maliyyələşdirilməsi üzrə 3 mln. dollarlıq kredit sazişi imzalanıb. Ümumilikdə isə QDTİB tərəfindən indiyədək kiçik və orta sahibkarlığın inkişafı üçün «Unibank»a 13 mln. dollara yaxın kredit ayrılıb.

M.Boran həmçinin bildirib ki, 1999-cu ildən indiyədək QDTİB tərəfindən Azərbaycana 14 layihə üzrə 115 mln. dollar həcmində kredit ayrılıb və bunun 40 mln. dollarını aktiv kredit portfeli təşkil edir. Hazırda QDTİB Azərbaycanda 9 bank təşkilatı ilə əməkdaşlıq edir.

Qeyd edək ki, kredit sazişini M.Boran və «Unibank»ın İdarə Heyətinin sədri Faiq Hüseynov imzalayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR