Bank Of Baku

Azərbaycan Hesablama Palatası 2012-ci ilin dövlət büdcəsinə dəyişikliklərə etiraz etməyib

Azərbaycan Hesablama Palatası 2012-ci ilin dövlət büdcəsinə dəyişikliklərə etiraz etməyib
# 29 may 2012 14:03 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanın 2012-ci il dövlət büdcəsinə dəyişikliklərin edilməsi yaranmış zərurətlə bağlıdır. «APA-Economics»in məlumatına görə, bunu bu gün keçirilən parlamentin plenar iclasında Hesablama Palatasının sədr müavini Adil Məhərrəmov büdcə layihəsi ilə bağlı müzakirələrdə Palatanın rəyini təqdim edərkən bildirib.

«Ölkədə aparılan məqsədyönlü və ardıcıl iqtisadi siyasət və dövlət büdcəsinə böyük artımlarla daxil olan maliyyə resurslarından daha səmərəli və məhsuldar istifadənin təmin edilməsi, onların ilk növbədə daha böyük əhəmiyyət təşkil edən sosial-iqtisadi məsələlərin həllinə yönəldilməsi, əvvəllər müəyyən edilmiş büdcə öhdəliklərinə yenidən baxılmasına və büdcənin dürüstləşdirilməsinə zərurətin olduğunu göstərir», - deyə Palata rəsmisi vurğulayıb.

A.Məhərrəmov bildirib ki, hələ ötən ilin sonunda 2012-ci ilin büdcə layihəsi müzakirə olunan zaman Hesablama Palatası ilkin büdcə proqnozunda neftin baza qiymətinin 80 ABŞ dolları həddində götürülməsini ehtiyatlı yanaşma kimi dəyərləndiriib: «Dürüstləşdirmədə isə bu rəqəmin 100 dollara qaldırılması, eləcə də Vergilər Nazirliyi və Gömrük Komitəsinin proqnozları artıqlaması ilə yerinə yetirməsi ilin sonunadək bu qurumların yeni proqnozları yerinə yetirəcəyini deməyə əsas verir. Bu mənada dürüstləşdirmədə xərclərin ayrılması istiqamətləri də məqbul hesab edilir».

Palata nümayəndəsi təmsil etdiyi qurumun büdcənin dürüstləşdirilməsi ilə bağlı yeni qanun layihəsinin qəbuluna etiraz etmədiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR