Bank Of Baku

Azərbaycanda dövlət büdcəsindən iri həcmdə vəsait alan dövlət qurumlarının parlamentdə hesabat verməsi təklif olunur

Azərbaycanda dövlət büdcəsindən iri həcmdə vəsait alan dövlət qurumlarının parlamentdə hesabat verməsi təklif olunur
# 29 may 2012 14:12 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu bu gün millət vəkili Vahid Əhmədov 2012-ci il dövlət büdcəsinə dəyişikliklərin parlamentin plenar iclasında aparılan müzakirəsi zamanı bildirib.

Bu il büdcədə bu məqsədlə cəmi 20 mln. manatın nəzərdə tutulduğunu xatırladan millət vəkili maliyyə nazirindən bu vəsaitin artırılmasını xahiş edib. V.Əhmədov həmçinin ölkədə kənd təsərrüfatı məhsullarının ixracında böyük problemlərin olduğunu bildirib: «İxracda problem var. İxracın 95%-i neft və neft məhsullarının payına düşür. Azərbaycandan kənd təsərrüfatı məhsullarının istər Şimal, istərsə də digər bölgələrdə ixracını həyata keçirmək mümkün deyil və hökumət üzvləri bunu bilirlər. Ona görə də bu məsələ barədə geniş danışmaq istəmirəm - bu problemi həll etmək lazımdır».

V.Əhmədov büdcə vəsaitlərinin istifadəsinə nəzarətin gücləndirilməsini də təklif edib: «Əvvəllər büdcə 300 mln. manat olanda buna çox diqqət yetirilmirdi, indi isə elə nazirliklər var ki, onlara milyard manatla pul ayrılır». Bu səbəbdən deputat iri həcmdə büdcə vəsaiti alan nazirlik və dövlət qurumlarının vaxtaşırı parlamentdə hesabat verməsini təklif edib. Lakin parlamentin spikeri Oqtay Əsədov cavabında bildirib ki, söhbət yalnız Hesablama Palatasının potensialının artırılmasından gedə bilər: «Əlavə komissiya yaratmaq lazım deyil».

Millət vəkili Əli Məsimov isə bildirib ki, neftin qiyməti yüksək olduğuna görə ABƏŞ büdcəyə nəzərdə tutulandan 280 mln. manat artıq vəsait ödədiyi halda, ARDNŞ-in ödədiyi artıq vəsait cəmi 0,8 mln. manatdır: «Bunu araşdırmaq lazımdır ki, niyə bu qədər fərq yaranır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR