Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, yanvar-mart aylarında geniş mənada pul kütləsi 416,7 mln. manat və ya 3% artıb.
Qeyd edək ki, M3 aqreqatının strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.
Pul kütləsinin M2 aqreqatı (manat pul kütləsi) yanvar-mart aylarında 266,2 mln. manat və ya 2,4% artaraq 11 263,4 mln. manata çatıb:
(mln. AZN)
| 01.04.2011 | 01.01.2012 | 01.04.2012 |
M0 (nağd pullar) | 5 427,1 | 7 158,2 | 7 241,3 |
M1 (nağd pul, tələb olunanadək əmanət və depozitlər) | 6 608,5 | 8 824,8 | 8 996,9 |
M2 (nağd pul, tələb olunanadək və manatla müddətli əmanət və depozitlər) | 8 115,5 | 10 997,2 | 11 263,4 |
M3 (nağd pul, tələb olunanadək və müddətli əmanət və depozitlər) | 10 757,4 | 13 903,2 | 14 319,9 |
Pul bazarında nağdlaşdırma səviyyəsinə gəldikdə isə qeyd olunmalıdır ki, cari ilin aprelin 1-nə nağd pulun manat pul kütləsində xüsusi çəkisi 64,3% təşkil edib. Bu isə ötən ilin müvafiq dövrünün göstəricisindən 2,6 faiz bəndi azdır.
Qeyd edək ki, nağdlaşdırma səviyyəsinin azalması ölkədə nağdsız hesablaşmaların genişlənməsini əks etdirir.