Bank Of Baku

«ABB-Moskva» daha bir ofis açıb

«ABB-Moskva» daha bir ofis açıb
# 30 may 2012 07:13 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) RF-də törəmə bankı olan «ABB-Moskva» Rusiya paytaxtında daha bir ofis açıb. ABB-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, «Veqas» adlanan yeni ofis Moskva vilayəti, Lenin rayonu, Moskva Dairəvi Avtomobil Yolunun 24-ü km-i ünvanında yerləşən «Veqas» Ticarət-Əyləncə Mərkəzində fəaliyyət göstərir.

Ofis hesabların açılması, depozitlərin qəbulu, pul köçürmələri, ödəmə və hesablaşma sənədlərinin inkassasiyası, valyuta mübadiləsi, plastik kartlara vəsaitlərin yüklənməsi, şübhə yaradan əsginasların ekspertiza üçün qəbulu və sair əməliyyatlar həyata keçirir.

Ofis fiziki şəxslərə istirahət günləri də daxil olmaqla saat 10:00-dan 19:00-dək, hüquqi şəxslərə isə I-IV günlər 10:00-dan 17:00-dək, V gün 10:00-dan 15:30-dək xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR