Bank Of Baku

Bakıda beynəlxalq mikromaliyyə konfransı keçiriləcək

Bakıda beynəlxalq mikromaliyyə konfransı keçiriləcək
# 30 may 2012 13:10 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin oktyabrın 4-5-də Bakıda Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMA) təşkilatçılığı ilə VI Azərbaycan beynəlxalq mikromaliyyə konfransı keçiriləcək.

AMA-dan «APA-Economics»ə verilən məlumata görə, artıq konfransın proqramı hazırlanıb. Konfransa maliyyə dəstəyi ilə bağlı hələlik 3 sponsor təşkilatı müəyyənləşib, gələn həftə daha bir neçə sponsorun qatılacağı gözlənilir.

Qeyd edək ki, konfransda beynəlxalq maliyyə təşkilatlarının iştirakı da gözlənilir.

Xatırladaq ki, AMA 2001-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR