Bank Of Baku

Azərbaycanda tikinti sektorunun kreditləşməsi artır

Azərbaycanda tikinti sektorunun kreditləşməsi artır
# 30 may 2012 14:42 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları tərəfindən daşınmaz əmlakın tikintisi və alınmasına (ipoteka krediti daxil olmaqla) verilən kreditlərin ümumi həcmi 2012-ci il aprelin 1-nə 620 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici ötən ilin aprelin 1-nə nisbətən 217,1 mln. manat və ya 53,9% çoxdur.

Eyni zamanda, bu ilin əvvəlindən tikintiyə və tikililərin alınmasına ayrılan kreditlərin həcmi 44,2 mln. manat və ya 7,7% artıb.

Bu kreditlərin bankların məcmu kredit portfelində xüsusi çəkisi 6% təşkil edir ki, bu da illik müqayisədə 1,2 faiz bəndi çoxdur.

Ölkədə daşınmaz əmlakın tikintisi və alınmasına verilən kreditlərin həcmi makroiqtisadi baxımdan çox əhəmiyyətli göstəricidir, çünki daşınmaz əmlak bazarında istehlak tələbatının maliyyələşdirilməsi, onun artım dinamikası bu sahəyə həm istehlakçıların, həm də bank kimi maliyyə qurumlarının marağını əks etdirir. Müsbət dinamika isə həmin sahənin alıcılar və banklar üçün perspektivli olduğunu göstərir. Bu da öz növbəsində bazarda, o cümlədən tikinti sektoru, tikinti materialları bazarında və digər müvafiq sahələrdə canlanmaya müsbət təsir edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR