Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı gələn həftə əlavə səhm emissiyasının yerləşdirilməsinə başlayacaq

Azərbaycan Beynəlxalq Bankı gələn həftə əlavə səhm emissiyasının yerləşdirilməsinə başlayacaq
# 30 may 2012 14:43 (UTC +04:00)
Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 0,24 manat, sayı 416 666 675 ədəd, emissiyanın ümumi həcmi isə 100 000 002 manat təşkil edir.

Azərbaycan Beynəlxalq Bankının səhmlərinin yerləşdirilməsində andderayter rolunda «International Transaction System» şirkəti çıxış edəcək. Yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsi ilə keçiriləcək və başa çatdıqdan sonra bankın nizamnamə kapitalı 41,7% artaraq 340 mln. manata çatacaq.

Qeyd edək ki, Azərbaycanın ən iri bank kredit təşkilatı olan Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR