Bank Of Baku

Daha bir Azərbaycan bankı öz ipoteka proqramının icrasına başlayıb

Daha bir Azərbaycan bankı öz ipoteka proqramının icrasına başlayıb
# 31 may 2012 09:25 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Xalq Bank» ASC öz vəsaitləri hesabına ipoteka kreditlərinin maliyyələşdirilməsinə başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, ipoteka proqramının şərtlərinə əsasən, müştərilər alınan əmlakın bazar dəyərinin 30%-i məbləğində ilkin ödəniş etmək şərti ilə həm ilkin, həm də təkrar bazarda satılan evləri ala bilərlər.

Azərbaycan vətəndaşları və əcnəbilər üçün nəzərdə tutulan bu ipoteka proqramı çərçivəsində ayrılan kreditin maksimal məbləği 200 min manat, müddəti 25 il ola bilər, minimal illik faiz dərəcəsi isə 12%-dir.

Kredit alan şəxs 23 yaşından təqaüd yaşınadək olmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR