AMB-dən «APA-Economics»ə verilən məlumata görə, mart ayında mərkəzləşdirilmiş kreditlərin portfeli üzrə 160 mln. manatlıq və ya 7,9% artım qeydə alınıb:
Göründüyü kimi, mərkəzləşdirilmiş kreditlərin əsas artımı Azərbaycan bank sistemində likvidliyin aşağı düşməsi və xarici öhdəliklərin yerinə yetirilməsi üçün vəsait çatışmazlığının yaranması səbəbindən ölkə bank sektorunda böhran ili kimi hesab olunan 2009-cu ildə müşahidə olunub. Eyni zamanda qeyd edilməlidir ki, bundan sonra da mərkəzləşdirilmiş kreditləşmədə azalma baş verməyib, artım tempi azalsa da tendensiya dəyişməz qalıb. Bu amil bankların hələ də Mərkəzi Bankın kreditlərində maraqlı olmasını göstərir.