Bank Of Baku

Azərbaycanda problemli kreditlərin həcmi azalıb

Azərbaycanda problemli kreditlərin həcmi azalıb
# 14 avqust 2012 13:09 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Son yarım ildə ilk dəfə olaraq Azərbaycanın bank sektorundakı problemli kreditlərin həcmi azalıb. Bu barədə «APA-Economics»ə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

AMB-dən bildirilib ki, iyulun 1-i vəziyyətinə hazırda ölkənin bank sektorunda problemli kreditlərin həcmi 706,7 mln. manat təşkil edir ki, bu da ümumi kredit portfelinin (10,835 mlrd. manat) 6,5%-ni təşkil edir. Qeyd edək ki, bir ay əvvəl problemli kreditlərin həcmi 720,1 mln. manat, onun ümumi kredit portfelində payı 6,8% olub. Başqa sözlə, iyun ayı ərzində problemli kreditlərin məbləği 13,4 mln. manat, onun ümumi kredit portfelində payı isə 0,3% azalıb.

Azərbaycanın bank sektorunda problemli kreditlərin azalması halı son yarım ildə ilk dəfədir qeydə alınır. Bundan öncə, sonuncu dəfə problemli kreditlərin həcmi 2011-ci ilin dekabrında azalıb.

Ümumilikdə, problemli kreditlərin həcmi ilin əvvəlindən indiyədək 72,9 mln. manat və ya 11%, son bir ildə isə 148,8 mln. manat və ya 26% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR