Bank Of Baku

Azərbaycanda istehsalatda bədbəxt hadisələrdən sığorta növü üzrə məcmu yığımlar 19% artıb

Azərbaycanda istehsalatda bədbəxt hadisələrdən sığorta növü üzrə məcmu yığımlar 19% artıb
# 14 avqust 2012 15:14 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin yanvar-iyun aylarında Azərbaycanda «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası» növü üzrə ümumilikdə 15,486 mln. manat həcmində sığorta haqqı yığılıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 19% çoxdur.

«APA-Economics»in apardığı araşdırmaya görə, hesabat dövründə sığorta şirkətləri tərəfindən bu növ üzrə verilən ödənişlərin həcmi 3 dəfə artaraq 215,622 min manata çatıb.

Aparılan təhlilə görə, bu növ üzrə bazarda ən çox sığorta haqqı «Paşa Həyat» və «Atəşgah Həyat» sığorta şirkətlərinin payına düşüb. Ümumiyyətlə, bu sığorta növünün bazar üzrə məcmu sığorta haqlarında payı 10,9% təşkil edib.

Xatırladaq ki, Azərbaycanda həyat sığortası üzrə üç şirkət - «Paşa Həyat», «Atəşgah Həyat» və «Qala Həyat» şirkətləri fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR