Azərbaycanda Türkiyə Xüsusi İqtisadi Zonası yaradıla bilər
Onun sözlərinə görə, bu layihələr ölkələr arasında qarşılıqlı investisiya yatırımının və ticarətin artırılması, investisiya layihələrinin həyata keçirilməsi, digər ölkələrdə birgə fəaliyyət, eləcə də biznesin aktivləşməsi üçün yeni razılaşmaların imzalanmasını nəzərdə tutur.
Z. Çağlayanın deyib ki, Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin başçılıq ilə nümayəndə heyəti yaxın vaxtlarda Türkiyəyə səfər edəcək. Səfər zamanı Türkiyə ilə Azərbaycan arasında investisiya üçün maraqlı olan sahələr müzakirə ediləcək: «Təkbaşına iqtisadi gücə malik olmaq tamamilə güclü olmaq deyil, iqtisadiyyatın şaxələndirilməsi çox vacibdir, ona görə də iqtisadi yol xəritəsi və investisiya sistemi yaradılmalıdır. Azərbaycan nümayəndə heyətinin səfəri zamanı birgə iş görülə biləcək bütün sahələr müzakirə ediləcək. Bura sənaye, turizm, eləcə də enerji sektorları aiddir”.
Nazirin sözlərinə görə, bundan başqa, Azərbaycan investisiyaların təbliğatı ilə bağlı Türkiyə təcrübəsini öyrənmək niyyətindədir: «Hazırda bizim mütəxəssislər Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin mütəxəssisləri ilə təcrübələrini bölüşürlər. Bu məsələ Azərbaycan nümayəndə heyətinin Türkiyə səfərində də diqqət mərkəzində olacaq.
Türkiyə tərəfi Sumqayıtda sənaye şəhərciyinin yaradılmasında da təcrübəsini Azərbaycanla bölüşəcək: “Bu məqsədlə mənim başçılığımla Türkiyə nümayəndə heyəti yaxın vaxtlarda yenidən Azərbaycana gələrək Sumqayıtda olacaq, bu sahədə əməkdaşlıq imkanlarını müzakirə edəcək. Bu əməkdaşlıq çərçivəsində Sumqayıtda Türkiyə Xüsusi İqtisadi Zonasının yaradılması da istisna olunmur. Türkiyənin iqtisadi inkişaf konsepsiyasında xarici ölkələrdə Xüsusi İqtisadi zonaların yaradılması da nəzərdə tutulur. Bununla bağlı əməkdaşlıq edəcəyik».
Z. Çağlayan bildirib ki, Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın digər istiqaməti digər ölkələrdə birgə iqtisadi layihələrin həyata keçirilməsinə aid olacaq.
Bu barədə razılaşmaya əsasən Azərbaycan və Türkiyə işi adamları dünyanın müxtəlif ölkələrində, o cümlədən Şimali Afrikada birgə biznes qurmaq imkanı əldə edəcəklər.
Türkiyəli nazir bildirib ki, bu təklif prezident İlham Əliyevlə görüşündə də müzakirə olunub və dövlət başçısı tərəfindən bəyənilib.
O, bildirib ki, Azərbaycanla Türkiyə arasında yeni sənədin - təcili ticarət müqaviləsinin imzalanması da gözlənilir. Bu sənədin ölkələr arasında ticarəti və investisiya qoyuluşlarının artmasına imkan verəcəyini deyən nazirin sözlərinə görə, artıq prezident İlham Əliyev iqtisadi inkişaf nazirinə bununla bağlı müvafiq tapşırıqlar verib: «Bu anlaşma ölkələrimiz arasında ticarətin həcmini qısa vaxt ərzində kəskin artırmalıdır».
Nazirin sözlərinə görə, bundan başqa, Azərbaycan, Türkiyə və Gürcüstan arasında həyata keçirilən «Üç dəniz» layihəsi çərçivəsində növbəti 3-cü görüşün Azərbaycanda keçirilməsi nəzərdə tutulur: “Görüş Qəbələdə baş tutmalıdır”.
Z. Çağlayan deyib ki, Bakıda keçirilən görüşlər zamanı iqtisadi əməkdaşlıq sahəsində daha bir üçlüyün – Türkiyə, Azərbaycan və Qırğızıstan üçlüyünün yaradılması təklif olunub və bu, Azərbaycan tərəfindən razılıqla qarşılanıb. «Gələcəkdə bura 4-cü ölkə – Qazaxıstan da daxil ola və 4 ölkəni əhatə edən azad iqtisadi zona yaradıla bilər», - deyə nazir bildirib.
«Bununla bağlı qarşılıqlı ticarət müqavilələrin imzalandığı, müəyyən məhsullar üzrə tariflər və rüsumların dəqiqləşdirildiyi gömrüksüz bir zonanın yaradılmasını təklif etmişik» - deyən nazirin sözlərinə görə, bununla bağlı ilk görüş Qırğızıstanda keçirilə bilər.
Nazir adı çəkilən 4 ölkənin böyük iqtisadi potensialının olduğunu, amma bundan tam istifadə edilmədiyini, eləcə də ölkələr arasında qarşılıqlı ticarətin və investisiya yatırımının bu potensiala cavab vermədiyini bildirib: «Belə ki, 3,8 milyon kvadrat kilometr sahəni əhatə edən, 105 milyon əhalisi olan və 545 milyard dollarlıq xarici ticarət həyata keçirilən ölkələr arasında ticarət dövriyyəsi cəmi 9 milyard dollardır».
Bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası iqtisadiyyat nazirlərinin Bakıda keçirilən toplantısı barədə də danışan türkiyəli nazir növbəti toplantının İstanbulda keçiriləcəyini bildirib.
Maliyyə
Bank əmanətçilərinin depozit gəlirləri beş ayda 600 mln. manatı ötüb
Azərbaycanda bank müştəri hesablarının sayı 18%-dən çox artıb
"Azər Türk Bank"ın şəhid əməkdaşı ordenlə təltif edilib
Maliyyə icarəsi müqavilələrinin maksimum məbləği müəyyənləşəcək
Xəbər Lenti
Ceyhun Bayramovun Hakan Fidan ilə telefon danışığı aparıb
Şəkinin Kiş kəndindən istirahət mərkəzlərinə gedən körpü dağılıb
Göyçayda çaya yıxılan 57 yaşlı kişi xilas edilib
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi FHN komandası olub
Əfqanıstanda 6,2 bal gücündə zəlzələ olub
UFC: Braziliya təmsilçisindən çətin qələbə
Bakıda keçirilən UFC-də Azərbaycan təmsilçisi debütündə nakautla qələbə qazanıb
Ötən gün 2 avtomat silahı, 9 tüfəng aşkarlanıb
Hörmüz boğazında tanker vurulub
Rusiya MN: Nikolayev vilayətindəki aerodromda Ukraynaya məxsus iki MiQ-29 məhv edilib
“Qafqaz Qartalı - 2026” təlimi başa çatıb - VİDEO
İran ABŞ-ı memorandumun iki bəndini pozmaqda ittiham edib
Səfərbərlik Xidmətinin rəisi Mürsəl İbrahimov: Üç il ərzində 500-dən çox əməkdaş intizam məsuliyyətinə cəlb olunub
Xidmət rəisi: Hərbi xidmətə çağırışla bağlı yaş həddinin endirilməsi dövlətin xərclərini azaldıb
Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
SHXÇDX rəisi: Xaricdə təhsil alanların hərbi xidmətdən möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişikliklər etməliyik, təkliflər hazırlanır
Bəzi yerlərdə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb
Rusiya ilə Ukrayna arasında girovların mübadiləsi olub
Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib
Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb
Bəhreyn XİN: İran ötən gecə hücumlarda ərazimizi hədəfə alıb
Zelenski Volqoqraddakı hərbi zavoda zərbə endirildiyini təsdiqləyib - VİDEO - YENİLƏNİB
Kreml: Putin və Lukaşenko danışıqları davam etdirirlər
Pekində binaya çırpılan təyyarə qəzasında ölən və yaralananlar var
Sabah bəzi yerlərdə leysan davam edəcək
Şabranda itkin düşən 52 yaşlı kişinin meyiti göldə tapılıb
Cəlilabadda ev yanıb
İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər - FOTO
Baltikyanı ölkələr Aİ-ni Rusiyadan neft idxalına qadağanı sürətləndirməyə çağırıb
Rusiya və Çin hərbi təyyarələri Cənubi Koreyanın hava sahəsinə yaxınlaşıblar
DÇ-2026: Belçika və Misir pley-offda, İran gözləyəcək
DÇ-2026: İspaniya və Kabo - Verde 1/16 finalda!
Bakı və Abşeron yarımadasının bəzi yerlərində leysan yağır - FAKTİKİ HAVA
Nyu-York birjasında təbii qaz ucuzlaşıb
Azərbaycan nefti 74 dollara ticarət olunur
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
İranda polis postuna silahlı hücum olub, iki əməkdaş ölüb
DYP sürücülərə və digər hərəkət iştirakçılarına hava şəraiti ilə bağlı xəbərdarlıq edib
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
“Brent” nefti 4%-dən çox ucuzlaşıb
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Abşeron yarımadasının bəzi ərazilərində leysan, dolu gözlənilir
Səudiyyə Ərəbistanı Fars körfəzində neft yükləməsini bərpa edib
Dövlət Departamenti: Livan sazişi İsrail qüvvələrinin geri çəkilməsini nəzərdə tutur
Venesuela sahillərində 4,9 bal gücündə zəlzələ qeydə alınıb
Tramp yeni ABŞ pasport dizaynını təqdim edib