Bank Of Baku

«Alpari US» şirkəti cərimə olunub

«Alpari US» şirkəti cərimə olunub
# 15 avqust 2012 07:23 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. ABŞ-ın riteyl-foreks bazarında nəzarəti həyata keçirən NFA özünütənzimləyən assosiasiyası Rusiyanın «Alpari» şirkətinin törəmə təşkilatı olan «Alpari US» şirkətini 200 min dollar həcmində cərimə edib. «APA-Economics»in xəbərinə görə, NFA-nın məlumatında deyilir ki, «Alpari US» bir sıra müştərinin mənfəətli əməliyyatlarını sistemdən çıxarıb.

Bundan əlavə, şirkət müştərilərə dəyən 9 min dollar həcmində zərərləri ödəməlidir. Qeyd edilir ki, araşdırma və cəza şirkətin bir müştərisinin «Alpari US» və onun direktorları Cermeyn Xarmon və Riçard Laniya qarşı şikayətindən sonra baş verib.

NFA assosiasiyasından bildiriblər ki, ümumilikdə «Alpari US» 5 müştərinin bir sıra əqdini ləğv edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR