Bank Of Baku

Azərbaycan sığorta bazarı kəskin artıb

Azərbaycan sığorta bazarı kəskin artıb
# 15 avqust 2012 09:54 (UTC +04:00)
Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə sığorta hadisələri üzrə ödənişlərin ümumi həcmi 55% artaraq 41,444 mln. manata çatıb.

Bu müddət ərzində həyat sığortası üzrə daxilolmaların həcmi 5 dəfə artaraq 7,626 mln. manat, qeyri-həyat sığortası üzrə sığorta haqları 45% artaraq 97,612 mln. manat, icbari sığorta növləri üzrə isə təxminən 2,2 dəfə artaraq 64,217 mln. manat olub.

Ödənişlərə gəldikdə isə həyat sığortası üzrə ödənilən vəsaitlərin həcmi 3,2 dəfə artaraq 384,907 min manata, qeyri-həyat sığortası üzrə ayrılan vəsaitlər 60% artaraq 35,178 mln. manata, icbari sığorta növləri üzrə isə 27% artaraq 5,881 mln. manata çatıb.

Daxilolmaların strukturunda ən çox sığorta haqqı «Tibbi sığorta» (39,260 mln. manat), «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (35,190 mln. manat), «Avtonəqliyyat vasitələrinin sığortası» (26,598 mln. manat) və «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» (15,486 mln. manat) növləri üzrə toplanıb. Bu növlərin məcmu sığorta haqlarında bazar payı müvafiq olaraq 23,16%, 20,76%, 15,69% və 9,13% təşkil edib.

Ödənişlərdə isə ən çox vəsait «Tibbi sığorta» (19,283 mln. manat və ya 46,52%), «Avtonəqliyyat vasitələrinin sığortası» (10,456 mln. manat və ya 25,22%), «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası» (3,677 mln. manat və ya 8,87%) və «Hava nəqliyyatı vasitələrinin mülki məsuliyyətinin sığortası» (1,190 mln. manat və ya 2,87%) növləri üzrə ödənilib.

Qeyd edək ki, Azərbaycanda 28 sığorta təşkilatı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR