Bank Of Baku

Azərbaycanın iqtisadi inkişaf naziri Türkiyə, Qazaxıstan və Qırğızıstanın iqtisadiyyat nazirləri ilə görüşüb

Azərbaycanın iqtisadi inkişaf naziri Türkiyə, Qazaxıstan və Qırğızıstanın iqtisadiyyat nazirləri ilə görüşüb
# 15 avqust 2012 11:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iqtisadiyyat nazirləri ilə görüşlər keçirilib.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, avqustun 14-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İqtisadiyyat Nazirlərinin 2-ci görüşü keçirilib. Tədbir çərçivəsində Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin Bakıda səfərdə olan iqtisadiyyat nazirləri ilə görüşüb.

Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan, Qazaxıstanın iqtisadi inkişaf və ticarət naziri Bakitjan Sagintayev və Qırğızıstanın iqtisadiyyat və antiinhisar siyasəti naziri Temir Sariyev ilə keçirilmiş ikitərəfli görüşlərdə ortaq din, dil və mədəni köklərə malik ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələrin uğurla inkişaf etdiyi, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğu qeyd edilib.

Görüşdə həmçinin, beynəlxalq təşkilatlar, eləcə də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində əməkdaşlıq, ölkələr arasında hüquqi bazanın təkmilləşdirilməsi, ticarət əlaqələrinin genişləndirilməsi, investisiya imkanları, işgüzar dairələr arasında əməkdaşlığın inkişafı kimi məsələlərə dair fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR