Bank Of Baku

«ABB-Moskva»nın Yekaterinburq filialının aktivləri 50% artıb

«ABB-Moskva»nın Yekaterinburq filialının aktivləri 50% artıb
# 15 avqust 2012 11:57 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyada törəmə bankı olan «ABB-Moskva»nın Yekaterinburq filialının aktivləri son bir ildə 50,2% artaraq 2012-ci il iyulun 1-nə 1 490,5 mln. rubl (37,3 mln. manat) təşkil edib. Bu barədə «APA-Economics»ə Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətindən məlumat verilib.

Bu ilin I yarısı üzrə filialın balans mənfəəti 98,2% artaraq 51,2 mln. rubla (1,280 mln. manat) çatıb.

Filialın kredit portfeli 1 268,7 mln. rubl (31,7 mln. manat) təşkil edib ki, bu da illik müqayisədə 39% çoxdur. Bunun 1 214,1 mln. rublu (30,353 mln. manat) hüquqi şəxs və fərdi sahibkarların, 54,6 mln. rublu (1,365 mln. manat) fiziki şəxslərin payına düşüb. Filial tərəfindən kiçik və orta sahibkarlığın kreditləşməsi son bir ildə 25% artırılaraq 615 mln. rubla (15,4 mln. manat) çatdırılıb.

Bu ilin I yarısı ərzində filial fiziki şəxslərin əmanətləri üzrə faiz şəkilində 6 mln. rubl (150 min manat) ödəyib.

Qeyd edək ki, Yekaterinburq filialı 2005-ci ilin sentyabrın 1-də açılıb. Filialın bazasında Ural regionunda bankın geniş şəbəkəsinin açılması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR